Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Mourinyodan maraqlı cavab - “Onda "Çelsi"dən qovulmamışdım"

Mourinyodan maraqlı cavab - “Onda "Çelsi"dən qovulmamışdım"

Tarix: 22-11-2019, 11:35

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun London klubunda keçirdiyi ilk mətbuat konfransında maraqlı anlar yaşanıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı çalışdırıcı jurnalistlərin verdiyi suallara özünəməxsus cavablar verib.

O,  “4 il əvvəl sizə "Tottenhem"ə mümkün keçidiniz barədə sual ünvanlanmışdı. Siz isə "Çelsi"ni, azarkeşləri çox sevdiyinizi və heç vaxt "Tottenhem"i çalışdırmayacağınızı demişdiniz. İndi nə dəyişib” sualına belə cavab verib: “Onda "Çelsi"dən qovulmamışdım (gülür).

Daha sonra digər jurnalistin verdiyi “Sizcə, Çempionlar Liqasının finalında məğlub olmaq “Tottenhem”ə necə təsir etdi” sualını isə belə cavablandırıb: “Bilmirəm. Çünki mən heç vaxt Çempionlar Liqasının finalında məğlub olmamışam”.

Qeyd edək ki, daha öncə “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted"də çalışan 56 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Liqasının qalibi olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR