Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Dövlət qulluğunda 84 vakansiya üzrə müsahibələrin VAXTI müəyyənləşib

Dövlət qulluğunda 84 vakansiya üzrə müsahibələrin VAXTI müəyyənləşib

Tarix: 24-10-2019, 11:00

Sentyabrın 17-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 84 vakant vəzifə üzrə 93 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 158 müsahibənin keçirilməsi planlaşdırılır. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Qida Təhlükəsizliyi Agentliyi, Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Regional bölmələr və tabeli qurumlarla iş sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) və Qida Təhlükəsizliyi Agentliyi, Aparat, İnformasiya təminatı və innovativ həllər şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 14 namizəd) vəzifələri olub.
Müsahibələrin 30 oktyabr - 13 dekabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.
Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR