Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Elnarə Abdullayeva: Gənc xanəndələrə qulaq asmıram - MÜSAHİBƏ

Elnarə Abdullayeva: Gənc xanəndələrə qulaq asmıram - MÜSAHİBƏ

Tarix: 23-11-2019, 10:12

Xanəndə, Əməkdar artist Elnarə Abdullayevanın Oxu.Az-a müsahibəsi:
- İndiki gənc xanəndələrin muğamlarımızı düzgün oxumadıqları deyilir. Adamı və imkanı olan gənclərin efirə çıxarıldığı söylənilir. Bu baxımdan, seçimlərin aparılması tələb edilir. Bu barədə nə deyə bilərsiniz?
- O, bizim işimiz deyil. Onlara qiymət verənlər var. Bu işi görənlər hər şeyi nizamlayıb sonra düzgün qiymət verir.
- Ümumiyyətlə, indiki gənc xanəndələrin ifalarını necə qiymətləndirirsiniz?
- Əla. Muğamla məşğul olanları niyə yaxşı qiymətləndirməyim ki? Hamısı çox yaxşıdır.
- Özünüzün şəxsən qulaq asdığınız gənc xanəndələr var?
- Yalan deyə bilmərəm. Yoxdur. Keçmiş muğam ifaçılarımıza qulaq asıram. Amma gənc ifaçılarla proqramlarda düetlər oxuyuruq.
- Hazırda bir çox xanəndələrin canlı oxuya bilmədiyi və fonoqram ifa etdiyi deyilir. Deyilənlərlə razısınız?
- Muğam elə bir musiqi növüdür ki, onu fonoqramla oxumaq mümkün deyil. Kimsə mahnının arasında bir beyt kimi muğamı fonoqramla oxuya bilər. Amma muğamı kimsə başdan ayağa aparat vasitəsilə ifa edə bilməz. Kim “Şur dəstgahı”nı başdan ayağa fonoqram oxuya bilər? Onu kim deyirsə, yalan deyir.
- Hazırda estrada mahnılarda muğam ifa edilməsi dəb halını alıb. Bunu necə dəyərləndirirsiniz?
- Bu, bizim genetikamızda var. Estrada ifaçılarının muğam ifa edə bilmələri yaxşıdır. Aşıq mahnısı belə ifa edə bilərlər. Hər iki janrı bilməsələr, olmaz. Başqa musiqi oxumurlar ki? Hamısı oxuya bilər. Estrada oxuyanların muğamdan, xanəndələrin isə estradadan anlayışı olmalıdır. Bunun nəyin pisdir? Hər şeyin öyrənilməsi xeyirdir.
Muğam və aşıq musiqisi xalqındır. Azərbaycan musiqisinin bir anası və bir atası var. Atası aşıq musiqisi, anası isə muğamdır. Hər ikisini bilmək lazımdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR