Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Metroda daha bir aksiya: iki gün davam edəcək

Metroda daha bir aksiya: iki gün davam edəcək

Tarix: 23-11-2019, 10:31


Bakı metropoliteninin “İçərişəhər” stansiyasında daha bir fərqli sosialyönümlü aksiya keçiriləcək.
Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesi ilə birlikdə keçirəcəyi budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və insanların maarifləndirilməsinə töhfə verməkdir
İki gün ərzində, noyabrın 24-25-də saat 12:00-dan 14:00-a qədər stansiyanın vestibülündə xüsusi geyimlərdə olan animatorlar zəngin şou göstərəcəklər. Bu səbəbdən aksiya daha çox azyaşlı sərnişinlərin diqqətini çəkəcək. Çünki animatorlar uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıracaq və metropolitenin azyaşlı sərnişinlərinə sevincli anlar bəxş edəcəklər.

Bu, gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində sərnişinlərdə xüsusi ovqat yaradacaq. Ən əsası, xəstəlik və onunla mübarizə ilə bağlı maarifləndirmə işində böyük əhəmiyyət kəsb edəcək. Stansiyadakı xüsusi lövhələrdə talassemiyalı xəstələrə yardım etmək üçün müvafiq məlumatlar yerləşdiriləcək.
Valideynləri övladları ilə bu aksiyada iştirak etməyə dəvət edirik.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR