Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Budəfəki sərt karantin belə olacaq - VİDEO

Budəfəki sərt karantin belə olacaq - VİDEO

Tarix: 10-06-2020, 16:33

Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması məqsədilə növbəti sərt karantin rejimi 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tətbiq olunacaq.

Əvvəlki qapanmadan fərqli olaraq bu dəfə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı son günlər virusun yayılmasında artım müşahidə olunan Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları ərazisində də sərtləşdirilmiş karantin rejimi olacaq.

Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən bərpa olunacaq.

Qeyd edək ki, Azərbaycanda bu günədək "COVID-19” testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, 98 nəfər, ölüb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Qaynarinfo "Qafqazinfo”nun bu qadağalarla bağlı hazırladığı videoçarxı təqdim edir:

[media=https://youtu.be/u2CPJINe_mU]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR