Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək - SİYAHI - VİDEO

Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək - SİYAHI - VİDEO

Tarix: 11-06-2020, 09:30


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu həftə sonunda 2 günlük sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin siyahısı genişlənib. Yevlax, İsmayıllı, Salyan Və Kürdəmirdə də koronavirusa yoluxma sayı artdığından sərt karantin rejimi tətbiq olunacaq. Əməkdaşlarımız bu rayonlardan ikisində aparılan hazırlıqların təfərrüatlarını araşdırıblar.

Mediabiz.az xəbər verir ki, son günlər Salyanda xəstəliyə yoluxma hallarının artması ilə bağlı olaraq rayon ərazisində həftəsonu gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.

Bunun üçün rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları karantin rejminin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. Polislər rayonun əsas giriş-çıxışları, eləcə də kənd ərazilərində postlar quraraq rejimin tələblərinə nəzarət edəcəklər. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyası və poliklinika şöbəsində həkimlər növbə əsasında xidmət aparacaqlar..

Rayon ərazisində xəstəliyə yoluxma sayının artması sakinlərin də məsuliyyətini artırır.

Sərt karantin rejiminin tətbiq olunacağı rayonlardan biri də Kürdəmirdir. Rayonda həftəsonu tətbiq ediləcək ciddi karantin rejimi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür.

Kürdəmir rayon icra hakimiyyətinin başçısının müavini Ağəli Kərimli bildirdi ki, yoluxmanın ən çox qeydə alındığı Sığırlı kəndində vəziyyət hazırda qənaətbəxşdir.

Qeyd olunan tarixlərdə vətəndaşlar evdə qalacaqlarına görə ərzaq və dərman tədarüklərini vaxtında görməlidirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR