Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Mikayıl Cabbarov Maksim Oreşkinlə görüşdü

Mikayıl Cabbarov Maksim Oreşkinlə görüşdü

Tarix: 23-11-2019, 14:05

Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.
Mediabiz.az azərtac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdırılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalarda maraqlı olduğu vurğulanıb.

Söhbət zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçirdiyi, son illərdə Azərbaycan sərmayədarlarının da Rusiyada regional iqtisadiyyata investisiyalar qoyduğu diqqətə çatdırılıb.

Tərəflər ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında 2019-2021-ci illər üzrə turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqramların imzalanması imkanları müzakirə edilib.

Görüşdə Rusiya dövlət sərhədindən "Yaraq-Qazmalar” buraxılış məntəqəsi ərazisindən Samur çayı üzərində tikilən avtomobil körpüsünün dekabrda istifadəyə verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR