Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycanda virtual “Son zəng” başladı

Azərbaycanda virtual “Son zəng” başladı

Tarix: 12-06-2020, 12:36

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb. 
Mediabiz.az xəbər verir ki, bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov çalıb. 
Sonra bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub. 
Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.
Virtual "Son zəng"i “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkündür. 
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR