Son Xəbər: Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib,

Bazar gününə olan hava proqnozu

Bazar gününə olan hava proqnozu

Tarix: 13-06-2020, 13:52

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 14-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.
14 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR