Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Tarix: 13-06-2020, 16:40

Daxili İşlər Nazirliyi (DİN) iki günlük sərt karantin rejimi ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən Metbuat.az-a daxil olan açıqlamada deyilir:

"Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.
Eyni zamanda özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.
Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" Xidmətinə və "Qaynar xətti"nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.
İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbr nümayiş etdirəсək".
 
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR