Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Bu gün Milli Məclis gələn ilin dövlət büdcəsini yenidən müzakirə edəcək

Bu gün Milli Məclis gələn ilin dövlət büdcəsini yenidən müzakirə edəcək

Tarix: 25-11-2019, 09:42

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
"Report" xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxildir.
Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəllədə dəyişiklik edilməsi haqqında, "İnzibati icraat haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə və "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR