Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

“AZƏRSU” ƏMƏKDAŞINDA KORONAVİRUS AŞKARLANDI, ONUN TƏMASDA OLDUĞU İŞÇİLƏR SƏRBƏST GƏZİR – Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları potensial xəstəlik daşıyıcılarıdır

“AZƏRSU” ƏMƏKDAŞINDA KORONAVİRUS AŞKARLANDI, ONUN TƏMASDA OLDUĞU İŞÇİLƏR SƏRBƏST GƏZİR – Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları potensial xəstəlik daşıyıcılarıdır

Tarix: 17-06-2020, 14:09


“Azərsu” ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əməkdaşlarından birində koronavirus aşkarlanıb.

Hurriyyet.org xəbər verir ki, bu haqda etibarlı mənbələrdən informasiya verilib.
Məlumata görə, idarə əməkdaşlarından birində dəhşətli virus aşkarlanmasına rəğmən, onunla təmasda olan digər işçilər nəzarətdən kənarda qalıb. Belə ki, onlar nəinki karatinə götürülüb, hətta virusa yoluxub-yoluxmadıqları belə, yoxlanılmayıb. Bu isə, şübhəsiz, idarənin əməkdaşları arasında ciddi narahatlığa səbəb olub.
Mənbə deyir ki, Yasamal rayon Sukanal İdarəsində işçilərin hərarətini ölçən cihaz belə, yoxdur. Bu səbəbdən, temperaturu və xəstəlik şübhəsi olan işçiləri vaxtında müəyyən etmək mümkün deyil. Ən dəhşətlisi isə odur ki, idarənin əməkdaşları daim vətəndaşlarla təmasda olduğundan, onların koronavirusu yaymaq ehtimalı daha çoxdur.
Bildirilir ki, idarənin rəhbərliyi mövcud vəziyyətdən xəbərdar olsa da, bu sahədə hər hansı tədbir görməkdə maraqlı deyillər. Çünki özləri bütün təmasları dayandırıb, işçilərlə və vətəndaşlarla əlaqədə olmadıqları üçün koronavirusun onlara yoluxmayacağını düşünürlər

Hurriyyet.org




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR