Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

SON DƏQİQƏ: Azərbaycanın daha bir rayonunda koronavirusa yoluxma halları artır – Nəzarət gücləndirilir – VİDEO

SON DƏQİQƏ: Azərbaycanın daha bir rayonunda koronavirusa yoluxma halları artır – Nəzarət gücləndirilir – VİDEO

Tarix: 17-06-2020, 22:27

Cəlilabadın daha bir kəndində yeni növ koronavirus infeksiyası aşkarlanıb.

“Yeni Gündəm”-in xəbərinə görə, rayonun Ağdaş kəndinin bir neçə sakini yüksək hərarətlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Onlardan yaxma test analizləri götürülüb, nəticədə bəzi sakinlərdə koronavirus infeksiyası aşkarlanıb. Həmin şəxslərin yaxınları və təmasda olduqları şəxslər koronavirus şübhəsi ilə karantinə alınıb. Eyni zamanda Ağdaş kəndi nəzarətə götürülüb, kənddə karantin rejimi tətbiq edilib. Kənd sakinlərinin, əsasən də 65 yaşdan yuxarı insanların çölə çıxmaması tövsiyə olunur.
Hazırda Ağdaş kəndində koronavirus aşkarlanan xəstələrin evlərində Gigiyena və Epidemiologiya Mərkəzinin Cəlilabad rayon stansiyasının əməkdaşları tərəfindən dezenfeksiya tədbirləri həyata keçirilir.
Sakinlərin dediyinə görə, Ağdaş kəndində 4 nəfər koronavirusdan ölüb. Digər kəndlərdə də ölüm hallarının olduğu bildirilir.
Qeyd edək ki, Cəlilabad rayonunun daha 5 kəndində-Həziabad, Bəciravan, Kazımabad, Alar, Şıxlarda COVID-19 infeksiyasına yoluxma halları aşkarlanıb. Hazırda xəstələr ölkə ərazisində yerləşən xüsusi rejimli xəstəxanalarda müalicə olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR