Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

Karantində işi dayandırılan sahələr açıqlandı - SİYAHI

Karantində işi dayandırılan sahələr açıqlandı - SİYAHI

Tarix: 19-06-2020, 17:32


Sərt karantin günlkərində fəaliyyəti dayandırılmalı olan sahələr açıqlanıb.

Mediabiz.az məlumatına görə, bu siyahıya aşağıdakılar daxildir:

nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
muzey və sərgi zallarının fəaliyyəti;
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və
kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və
ya digər məkanda xidmət);
təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan,
müsabiqə və müsahibələr istisna olmaqla);
açıq havada idman yarışlarının və oyunlarının
keçirilməsi.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma
sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin
sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,
Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron
rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan
5 iyul saat 06:00-dək sərt karantin rejimi tədbiq ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR