Son Xəbər: Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib,

Dövlət qurumu problemi olan şirkətlərin siyahısını dərc edəcək - RƏSMİ

Dövlət qurumu problemi olan şirkətlərin siyahısını dərc edəcək - RƏSMİ

Tarix: 22-06-2020, 15:27

Son zamanlar çoxmənzilli binalarda və böyük obyektlərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması və elektrik enerjisindən istifadə qaydalarına dair müvafiq qanunvericiliyin tələblərinə əməl edilmir.

Bu barədə Mediabiz.Az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edilməməsi, nəticədə, vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan vurur. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir.
Baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən, enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır.
Bir çox hallarda elektrik naqilləri və avadanlıqları qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda, onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir. 
Abonentləri bədbəxt hadisələrdən qorumaq məqsədilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd edilən nöqsanlar hələ də aradan qaldırılmayıb.
Odur ki, “Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur. 
Qüvvədə olan qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalarda yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə enerji təchizatı müəssisəsi ilə sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və yalnız bundan sonra mənzillər enerji ilə təmin oluna bilər. Bəzi sahibkarlar əksər hallarda qanunun tələblərini yerinə yetirmir və məsuliyyətdən boyun qaçırmaq üçün istehlakçıları “Azərişıq” ASC ilə üz-üzə qoymağa çalışırlar. 
Səhmdar Cəmiyyəti bir daha vətəndaşların nəzərinə çatdırır ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək, yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaranmaması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kommunal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər.
Eləcə də, tikinti aparan təşkilat bu sistemin yaradılması zamanı normativ sənədlərin tələblərinin icrası və bu günə qədər inşa etdikləri binalarda elektrik quraşdırma işləri yerinə yetirilən zaman binanın və yaşayacaq sakinlərin təhlükəsizliyinin təmin olunmasında gördüyü işlərin keyfiyyəti barədə məlumatlarla öncədən tanış olsunlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR