Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı

Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı

Tarix: 24-06-2020, 13:54

Pekində yayılan yeni koronavirus Çin hökumətinin nəzarətindədir.
“South China Morning Post”un məlumatına görə, bu barədə Çin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin direktor müavini Fenq Tzıntsian bildirib.
O, yeni yoluxmanın tezliklə sona çatacağı proqnozunu verib.
Qurumun nümayəndəsi bildirib ki, “Sinfadi” topdansatış bazarından başlayan yeni yoluxmaların qarşısı tam alınıb.
“Pekində xəstəlik çox erkən aşkarlanıb. Sərt nəzarət tədbirləri xəstəliyin yayılmasının qarşısını aldı”, - deyə o vurğulayıb.
Ümumiyyətlə, yeni infeksiyanın aşağı yoluxma qabiliyyətinə sahib olduğu bildirilib.
Xatırladaq ki, iyunun 11-də - 56 gündən sonra ilk dəfə Pekində koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb. Yoxlama zamanı xəstəliyin mənbəyi “Sinfadi” bazarında tapılıb. Ertəsi gün Çin Ət Araşdırma Mərkəzində iki işçidə COVID-19 aşkarlanıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR