Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

İlham Əliyev və Mehriban Əliyeva Gəncədə teatr binasının tikintisi ilə tanış oldular - YENİLƏNİB+FOTO

İlham Əliyev və Mehriban Əliyeva Gəncədə teatr binasının tikintisi ilə tanış oldular - YENİLƏNİB+FOTO

Tarix: 24-06-2020, 22:59


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verildi.

Bildirildi ki, teatrın yeni binasında inşaat işləri artıq tamamlanmaq üzrədir. Hazırda teatrda dekorasiya və digər işlərin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür. Binada geniş tamaşaçı tutumlu zal və digər yardımçı otaqlar yerləşəcək.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Dövlətimizin başçısı teatrın binası ilə tanışlıqdan sonra tövsiyə və tapşırıqlarını verdi.

17:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə binada aparılan tikinti işləri barədə məlumat verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR