Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

ABŞ-da qaradərililər tibbi maska taxmayacaq

ABŞ-da qaradərililər tibbi maska taxmayacaq

Tarix: 25-06-2020, 17:39

ABŞ-da Oreqon ştatının Linkoln dairəsində qaradərili amerikalılar tibbi maskalardan istifadə etməyə bilər.
CNN xəbər verir ki, bu, onların izlənmədən qorxmaları ilə əlaqədardır.
Linkoln dairəsinin sakinləri tələb edir ki, koronavirusa görə insanların böyük əksəriyyəti ictimai, qapalı yerlərdə və küçədə qoruyucu maskalardan istifadə etsinlər.
Afroamerikalı və Latın amerikalılar bildiriblər ki, maska taxdıqları zaman onları cinayətkarlara bənzədirlər və bu vəziyyət insanları narahat edir. Hüquq müdafiəçiləri bunu ərazidəki sakinlərin 90%-nin ağ dərililərdən ibarət olması ilə əlaqələndirirlər.
İrqi azlıqların nümayəndələri olan əlillər, nəfəsalma problemi olan xəstələr və 12 yaşdan kiçik uşaqlar maska taxmaqdan azad olunacaqlar. Qeyd olunur ki, səlahiyyətlilər hələ də iki yaşdan 12 yaşadək uşaqların maska taxmağını tövsiyə edir.
Qaradərili insanlar arasında COVID-19-dan ölüm hallarının ABŞ-ın digər sakinlərindən 2,3 dəfə çox olduğu vurğulanır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR