Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Bu siniflər üçün dərsliklər yenidən hazırlanacaq

Bu siniflər üçün dərsliklər yenidən hazırlanacaq

Tarix: 26-06-2020, 14:32

Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, V sinif üçün bəzi dərsliklər isə bu tədris ilində ilk dəfə şagirdlərin istifadəsinə veriləcək.
Bu il I siniflər üçün “Azərbaycan dili (tədris dili)”, “Riyaziyyat”, “Azərbaycan dili (dövlət dili)”, “İngilis dili (Happy Campers)”, “Musiqi”, “Texnologiya” və “Həyat bilgisi” dərslikləri yenidən hazırlanaraq nəşr ediləcək. Bunlardan yalnız “Azərbaycan dili” (tədris dili) və “Riyaziyyat” dərslikəri bu il ilk dəfə olaraq, 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək. Musiqi və Texnologiya dərslikləri isə yeni hazırlanıb. Bu fənnin tədrisi bu vaxta qədər müəllim üçün metodik vəsaitlər əsasında həyata keçirilirdi.
V siniflər üçün isə bu il “Azərbaycan dili (dövlət dili)”, “Rus dili (əsas xarici dil)”, “Rus dili (ikinci xarici dil)”, “İngilis dili (əsas xarici dil)”, “İngilis dili (ikinci xarici dil)” və “Fiziki tərbiyə” dərslikləri yenidən hazırlanaraq, nəşr ediləcək. 5-ci siniflər üçün “Rus dili (ikinci xarici dil)”, “İngilis dili (ikinci xarici dil)” və “Fiziki tərbiyə” dərslikləri ilk dəfədir ki, bu il tərtib edilir./trend/




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR