Son Xəbər: Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib,

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı

Tarix: 26-06-2020, 20:24



Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

Mediabiz.az ın məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib.

Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik:

1. Zakir Həsənov - Müdafiə naziri, ali hərbi rütbə

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ali hərbi rütbə

3. Ramil Usubov – Eks Daxili İşlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi, ali hərbi rütbə

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri, ali hərbi rütbə

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, ali hərbi rütbə

6. Vaqif Axundov -  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, ali hərbi rütbə

7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, ali hərbi rütbə

8. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri, ali hərbi rütbə

10. Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı), ali hərbi rütbə

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbə

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri, ali hərbi rütbə

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini, ali hərbi rütbə

19. Vilayət Eyvazov - Daxili İşlər naziri, ali hərbi rütbə

20. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ali hərbi rütbə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR