Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

6 gün sonra sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMA

6 gün sonra sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMA

Tarix: 29-06-2020, 11:18

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Mediabiz.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.

Bir sıra KİV və sosial şəbəkələrdə iyulun 5-dən sonra karantin rejiminin uzadılması ilə bağlı müxtəlif müzakirələr gedir.
Hazırda bir çox vətəndaşı iyulun 5-dən sonra karantin rejiminin tətbiq edilib-edilməyəcəyi maraqlandırır.
Qazet.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bildirilir ki, karantin rejiminin yenidən uzadılması Operativ Qərargahın qərarından asılı olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR