Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA – VİDEO / YENİLƏNİB

Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA – VİDEO / YENİLƏNİB

Tarix: 29-06-2020, 19:01


Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı məsələyə münasibət bildirib.

Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova Oxu.az-a açıqlamasında faktı təsdiq edib:
“Artıq əşyalar oradan götürülüb. Əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb.
Onlara əşyaların götürülməsi və yandırılması ilə bağlı səlahiyyət verilib. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərinin istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orada qalıb”.
*** 16:45
Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq fakt qeydə alınıb.
Unikal.org-un məlumatına görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb.
Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR