Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

Tarix: 30-06-2020, 18:37


“Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın”. 
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın keçirilən brifinqində deyib.
O bildirib ki, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla mütəmadi münasibətlər qurur: “Dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi”. /qafqazinfo/




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR