Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

AZAL-dan kənar şirkətlərin bilet satması ilə bağlı RƏSMİ AÇIQLAMA

AZAL-dan kənar şirkətlərin bilet satması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 30-06-2020, 23:23

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə müxtəlif məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.
Bu barədə Mediabiz.Az-a AZAL-dan məlumat verilib.
Belə ki, hazırda aviabiletlər yalnız AZAL və “Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.
Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.
“Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.
Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
Qeyd edək ki, bəzi turizm şirkətləri insanlara rəsmi elan edilməyən müxtəlif vaxt üçün biletlər satılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR