Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Lüğətdən 1000-ə yaxın söz ÇIXARILIB

Lüğətdən 1000-ə yaxın söz ÇIXARILIB

Tarix: 26-11-2019, 11:27

““Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” dekabr ayının sonunda hazır olacaq”. 
Bunu AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, hazırda lüğət çap olunur və hazır olduqdan sonra kitabxanalara paylanacaq: “Lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-dək yeni söz əlavə olunub. Bəzi qondarma sözlər var ki, onlar lüğətdən çıxarılıb. Bundan başqa, müxtəlif fonetik variantı olan eyni sözün təkrarı çoxdur. Məsələn altın- altun, tələmtələsik -təlmətələsik. Yaxud qaboy-qoboy, qırov-qrov. Bunlar eyni sözdür, amma iki fonetik variantı verilib. Belə sözlər lüğətdən çıxarılıb. Sonra abituriyentli, abituriyentsiz sözləri də çıxarılıb, çünki bizdə belə söz yoxdur. Acıdilolma, ağartısızlıq, abzasdanbaşlama da ayrıca müstəqil sözlər deyil. Ona görə belə sözlər lüğətə düşməməlidir və lüğətdən çıxarılıb”. 
Direktor lüğətə daxil edilən yeni sözlərdən də danışıb: “Orfoqrafiya lüğətinə daxil olanlar yeni sözlərdir. Məsələn, feysbuk, tvitter və s. Belə sözlər çoxdur. Lüğətə daxil edilən sözlər əsasən Avropa mənşəlidir. Amma özümüzə aid sözlər də var. Məsələn, uzadıcı və s. “.
Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.//Apa.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR