Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Rayon qeydiyyatı olub Bakıda işləyənlərin NƏZƏRİNƏ: "İcazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA

Rayon qeydiyyatı olub Bakıda işləyənlərin NƏZƏRİNƏ: "İcazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA

Tarix: 3-07-2020, 15:24

Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, bu səbəbdən vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bu məqamda Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:
“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.
Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar. Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR