Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Restoranda nişan mərasiminin qarşısı alındı

Restoranda nişan mərasiminin qarşısı alındı

Tarix: 4-07-2020, 12:06


Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, iyul ayının 3-də Qazax rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən “Sərin Göl” restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal Polis Şöbəsinin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.


15 nəfər məclis iştirakçısı barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə tətbiq edilib. Restoran sahibi T. Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protocol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR