Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

DƏHŞƏT! Bakıda 4 yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA

DƏHŞƏT! Bakıda 4 yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA

Tarix: 4-07-2020, 15:02


"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.
Mediabiz.az xəbər verir ki, bunu şöbə müdiri Aygün Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması, metodların tətbiqi ilə bağlı həkimlər təlimatlandırılıb:
"COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, dördü isə digər klinikalardan köçürülənlərdir. Dörd körpənin klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.
A.Rüstəmxanlı qeyd edib ki, klinikada dünyaya gələn 12 körpənin heç birində koronavirus infeksiyasına yoluxma halı aşkar olunmayıb:
"Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və infeksiya onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.(Oxu.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR