Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm toplantısında təmsil olunur

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm toplantısında təmsil olunur

Tarix: 26-11-2019, 13:46

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə toplantısı başlayıb.
Toplantıda Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak edirlər.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, birgə toplantıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də qatılıb.
Tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq, beynəlxalq film festivallarında iştirak, QDİƏT üzv ölkələrində turizm tədbirləri və yarmarkaları, təşkilata üzv dövlətlərin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilolma və namizədlik siyahısı kimi məsələlər müzakirə edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR