Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

SON DƏQİQƏ! "Lotu Quli" saxlanıldı - VİDEO

SON DƏQİQƏ! "Lotu Quli" saxlanıldı - VİDEO

Tarix: 7-07-2020, 18:55

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.Busaat.az-ın “Report”a istinadən verdiyi məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxalq dəstənin üzvləri müəyyən edilib.
“Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan “Lotu Quli” ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb”, – məlumatda bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR