Son Xəbər: Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb,

Azərbaycanda yeddi jurnalist koronavirusa yoluxdu

Azərbaycanda yeddi jurnalist koronavirusa yoluxdu

Tarix: 9-07-2020, 18:07



“Dünyada yaşanan COVID-19 pandemiyası təhlükəsi ölkəmizdə də davam etməkdədir.  Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları arasında yoluxma şübhəsi olan yeddi nəfərin test nəticəsi pozitiv çıxıb”.

Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı bildirib.

Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq evə buraxılıb:

“Hazırda digər əməkdaşlardan üçü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir.

Operativ qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir”, - deyə A.Asimqızı qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR