Son Xəbər: Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib,

Yağış, leysan, şimşək, külək... - FAKTİKİ HAVA

Yağış, leysan, şimşək, külək... - FAKTİKİ HAVA

Tarix: 16-07-2020, 13:22

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 16-sı səhərədək  olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Oğuzda 61 mm (aylıq normanın 91 faizi), Mərəzədə 53 mm (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 mm (aylıq normanın 37 faizi), Şamaxıda 23 mm (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21 mm, Daşkəsəndə 19  mm (aylıq normanın 32 faizi), Qəbələdə 14 mm, Qrızda 10 mm (aylıq normanın 18 faizi), Cəfərxanda 8 mm (aylıq normanın 178 faizi), Balakəndə 8 mm, Qazıməmməddə 7 mm (aylıq normanın 119 faizi),  Ağdərədə (Ordubad) 7 mm, Sabirabadda 6 mm, Sədərəkdə 4 mm, İsmayıllıda 3 mm, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2 mm, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 mm olub.  

İyulun 15-də gün ərzində şimal-qərb küləyi arabir Daşkəsən, Qəbələ, Naftalanda 24 m/s, Şəkidə 20 m/s, Sumqayıt, Göyçay, Qazıməmməddə 18 m/s, Qum adası, Bakıda 17 m/s, Ağdamda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR