Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

İcra başçısından sərt karantin dövründə oğluna toy etməsi ilə bağlı AÇIQLAMA

İcra başçısından sərt karantin dövründə oğluna toy etməsi ilə bağlı AÇIQLAMA

Tarix: 17-07-2020, 12:18


Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

O, bu barədə Oxu.Az-a açıqlama verib.

“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən, övladım bir il bundan əvvəl nişanlanmışdı.

Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq, hər iki ailənin və gənclərin öz razılığı ilə gənclər nikahlarını rəsmiləşdiriblər”, - deyə V.İsayev bildirib.

İcra başçısı qeyd edib ki, heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib:

“Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR