Son Xəbər: Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib,

İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi - RƏSMİ

İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi - RƏSMİ

Tarix: 17-07-2020, 15:07


“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də, nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.

Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.

Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR