Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

Bu qanuna dəyişiklik edildi - Prezident təsdiqlədi

Bu qanuna dəyişiklik edildi - Prezident təsdiqlədi

Tarix: 17-07-2020, 17:40

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, "Dövlət rüsumu haqqında” Qanuna aşağıdakı məzmunda 2.0.18-2-ci, 32-2-ci və 32-3-cü maddələr əlavə edilir:
"2.0.18-2. tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi;”;
"Maddə 32-2. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği
32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri2000 manat
32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri4000 manat
"Maddə 32-3. Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR