Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

İstixanaların “Azəriqaz”a 11 milyon manat borcu var - RƏSMİ

İstixanaların “Azəriqaz”a 11 milyon manat borcu var - RƏSMİ

Tarix: 18-07-2020, 11:12


“Bu gün Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə 11 milyon manat borcu var”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, Şəmkirdəki istixana sahiblərinin borcu ödəməsində cüzi artım var:


“İstixanalarla əlaqədar əsas problem Şəmkir bölgəsi ilə bağlıdır. Bu obyektlərin sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə 11 milyona yaxın borcu qalıb. İyun ayının 12-də borcun ödənilməsi 56 faiz təşkil edirdi. Cari ayın həmin dövründə isə ödənişlərdə beş faizə yaxın artım müşahidə olunub. Nəticədə, 61 faiz borc ödənilib”.

C.Səfərov qeyd edib ki, istixanaların daha çox olduğu Salyan və Bakı zonasında da borcların ödənilməsində artım müşahidə olunur:

“Ötən ay Bakıda ödəniş 83 faiz idi, hazırda 88 faiz təşkil edir. Salyanda isə ötən ay 82 faiz idi, bu ay 84 faizdir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR