Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

Üç ölkədən Rusiyaya qarşı iddia: "Vaksini bizdən oğurlayır..."

Üç ölkədən Rusiyaya qarşı iddia: "Vaksini bizdən oğurlayır..."

Tarix: 18-07-2020, 16:42


İngiltərə, ABŞ və Kanada Rusiyanı vaksin oğurluğunda ittiham edib.


Üç ölkə “Cozy Bear” kimi tanınan Rusiya kəşfiyyat idarəsinə tabe “APT29” haker qrupunun peyvənd üzərində işləyən elm adamlarından məlumatları kiberhücumla ələ keçirdiyini iddia edib.
İngiltərə Xarici İşlər naziri Dominik Raab bildirib ki, Rusiya Kəşfiyyat Xidmətinin koronavirus pandemiyası ilə mübarizə aparan alimləri hədəfə alması qəbuledilməzdir.
Kəşfiyyat rəsmiləri davamlı kiberhücumları elmi araşdırmalara maneədən çox intellektual mülkiyyət oğurluğuna cəhd kimi qiymətləndiriblər.
“Dukes” adı ilə məşhur olan " Cozy Bear" qrupu ABŞ-da 2016-cı il prezident seçkiləri öncəsi Demokrat Partiya Milli Komitəsinin kompüter şəbəkəsinə girərək e-mail yazışmalarını oğurlayan Rusiya hökuməti ilə əlaqəli iki kiber pirat qrupdan biri kimi tanınır. Digər pirat qrup isə “Fancy Bear” kimi tanınır.
Kremlin sözçüsü Dimitri Peskov bu iddiaların əsassız olduğunu və İngiltərənin iddialarının ciddi sübutlara əsaslanmadığını bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR