Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi

Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi

Tarix: 27-11-2019, 14:22

ABŞ-ın Nümayəndələr Palatasının Ədliyyə komitəsi prezident Donald Trampı impiçment prosesi ilə bağlı keçiriləcək dinləmələrə dəvət edib.
Redaktor.az xəbər verir ki, toplantı dekabr ayının 4-də baş tutacaq. Məlumata görə, “Ağ ev” rəhbəri dinləmələrə qatılarsa, şahidlərə suallar vermək hüququ əldə edəcək. Bildirilir ki, Tramp dinləmələrdə iştirak etmək məcburiyyətində deyil. Bu dinləmələrdən sonra Ədliyyə Komitəsi Tramp barəsində məhkəmə prosesinin başlayıb-başlamayacağına qərar verəcək.
Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.
Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR