Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

Süni yağış yaratmağın üsulu təklif olunur

Süni yağış yaratmağın üsulu təklif olunur

Tarix: 21-07-2020, 22:30


Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup tədqiqatçı buludları isitmək yolu ilə yağıntı yaratmaq üsulunu təklif edirlər.

Mediabiz.az xəbər verir ki, quraq bölgələrdə buludların həcmini böyütmək, bununla da yağıntı miqdarını artırmaq üçün xüsusi qurğulardan istifadə etmək təklif olunur.

Meteotron adı verilən bu qurğular buludlari isidəcək qızmar hava axını yaratmalı və həmin axın 3-4 kilometrlik yüksəkliyədək işləməlidir.
“Bizim hesablamalarımıza görə, axının hərarəti ətraf havaya nisbətən 10-20 dərəcə artıq olmalıdır. Bununla yanaşı, həmin axın buluda çatsın deyə, 25-100 m/s-lik gücə malik olmalıdır. Bu gücə malik hava axını təyyarə mühərrikinə bənzər turbo reaktiv qurğularla əldə edilə bilər”, - deyə rusiyalı mütəxəssis, Şimali Qafqaz Federal Universitetinin professoru Robert Zakinian qeyd edib.
Yeni qurğuların sınaqları artıq Rusiya ərazisində həyata keçirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR