Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Bəzi binalara hələ də istilik VERİLMƏYİB - Sakinlər narazılıq edir

Bəzi binalara hələ də istilik VERİLMƏYİB - Sakinlər narazılıq edir

Tarix: 27-11-2019, 15:37

Noyabrın 15-dən etibarən "Azəristiliktəchizat" ASC payız-qış mövsümü ilə bağlı istilik sistemini işə salıb. 
Redaktor.az xəbər verir ki, sistemin işə salınmasına baxmayaraq bəzi binalara hələ də istilik verilməyib. Bakıda və bölgələrdə problemlə bağlı narazılıqlar var. 
Məsələ ilə bağlı açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev bildirib ki, narazılıqların heç bir əsası yoxdur:
“Elə bir bina yoxdur ki, ora istilik verilməsin. "Azəristiliktəchizat”ın bütün qazanxanaları, məntəqələri tam gücü ilə işləyir. Bizə də belə şikayət xarakterli müraciətlər daxil olur. Əməkdaşlarımız operativ şəkildə yoxlama aparırlar. Məlum olur ki, istiliyin olmaması fərdi problemlərdən qaynaqlanır. Kiminsə qonşusu borunu kəsib, radiator işləmir, təmir zamanı istilik sistemi düzgün quraşdırılmayıb və s".
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə müəssisəsi və 1300-dən çox digər sosial obyektlər istiliklə təmin edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR