Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri məlum oldu

Tarix: 23-07-2020, 11:05




Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.

Mediabiz.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan "Tirana" və Sloveniyada qızıl medallara layiq görülən "Çelye"nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər.

Beləliklə, "Qarabağ"ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Klaksvik” (Farer adaları), “Europa” (Cəbəllütariq), "Çelye" (Sloveniya), “KuPS” (Finlandiya), “Reykyavik” (İslandiya), "Tirana" (Albaniya), “Sileks” (Şimali Makedoniya) və “Floriana”dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR