Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Sabiq XİN başçısından AÇIQLAMA- “Azərbaycan üçün ən xeyirli taktikanı seçməliyik”

Sabiq XİN başçısından AÇIQLAMA- “Azərbaycan üçün ən xeyirli taktikanı seçməliyik”

Tarix: 24-07-2020, 17:20


"Bəllidir ki, ermənilər yenidən təxribat xarakterli əməllərini reallaşdırıb, qanunu pozublar. Cavab olaraq biz də eyni addımı atsaq, belə çıxacaq ki, hər iki tərəf bərabər səviyyədədir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir bildirib ki, beynəlxalq qanunlara görə atacağımız addımların hər biri orda olan qanunlar çərçivəsində olmalıdır:

"Çünki mən istisna etmirəm ki, ermənilərin bu təxribatlar törətməkdə məqsədi odur ki, biz cavablarını bu və ya digər şəkildə verib qanun çərçivəsindən çıxaq və sonra da onlar bizi ittiham etsinlər. İndi ermənilər bizə yetərincə əsas veriblər ki, biz onlara qarşı yenə də yerli qanunlara uyğun olaraq istintaq əməlləri başladaq. Zərərçəkən vətəndaşlarımıza bu məsələlərdə səfirlik nəzarət etməlidir. Beynəlxalq qanunlarda bu cür əməllərə təşviq olunmuş hanısa taktika və strategiya mövcuddur. Hesab edirəm ki, biz bu taktikanı istifadə edək. Çünki onlara qarşı qaldırılan hansısa istintaq, sonra məhkəmə və s. təbliğatı baxımdan çox geniş şəkilə istifadə edilə bilər. Ermənilər bəllidir ki, yenidən təxribat xarakterli əməllərini reallaşdırıblar və qanunu pozublar. Cavab olaraq biz də qanunu pozsaq belə çıxacaq ki, hər iki tərəf də eyni səviyyədədir. Amma indiki mərhələdə hesab edirəm ki, baş verənlərə qanun şəklində cavab vermək ən yaxşısıdır. Cavanları başa düşürəm. Amma bu siyasi məsələdir və biz Azərbaycan üçün ən xeyirli taktikanı seçməliyik. Onlar bizi cinayətlərlə hansısa əməllərə təşfiq edir, sonra biz həmin cinayıtləri qarşı tərəf üçün etsək onlar bizi ittiham edəcəklər. Çünki onlara biz tərəfdən törədilmiş hansısa cinayət lazımdır. Bilirsiniz ki, onların imkanları müxtəlif ölkələrdə, ələxsus mediyada bizdən üstündür. Əslinə baxsaq görərərik ki, azərbaycanlılar öz nümayəndəlik və səfirliklərinin qarşısında toplaşırlar. Bu da sadəcə müdafiə xarakteri daşıyır. Biz zərər çəkmiş tərəfik, bu vəhşiliklərə qarşı gərək ağıllı taktika istifadə edək. Səfirlər hüquqi baxımdan bizim zərəçəkənlərə geniş imkanlar yaratmalıdırlar ki, onlara hüquq-müdafiə orqanlarına müraciət etsinlər və məhkəməyə qədər bu cinayətləri və cinayətkarları ifşa edək”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR