Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib

ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib

Tarix: 28-07-2020, 16:00

İyulun 27-də ABŞ-ın Minnisota ştatında ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Anes.az xəbər verir ki, ştatın paytaxtı olan Sent Pol (St Paul) şəhərində baş tutan aksiya Minnisota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtobil karvanı şəhərin küçələrində hərəkər etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.

Şəhərin mərkəzində başa çatan avtomobil yürüşünün sonunda "Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!", "Ermənistanın işğalçı siyasətinə son!" "Qarabağı azad etməyin vaxtıdır!" şüarları səsləndirilib. Soydaşlarımız ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR