Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Ruhanidən Azərbaycanla bağlı mühüm - MESAJ

Ruhanidən Azərbaycanla bağlı mühüm - MESAJ

Tarix: 28-11-2019, 11:31

İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir.
Mediabiz.az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib.
O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur. H.Ruhani söyləyib ki, İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.
İran Prezidentinin fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.
H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb.
H.Ruhani bildirib ki, İran bu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq.
"Bizim bununla bağlı Ermənistanla razılaşmamız var", - deyə H.Ruhani əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR