Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb

Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb

Tarix: 29-07-2020, 12:15

“Qualcomm” smartfonlar üçün “Quick Charge 5” sürətli şarj cihazı hazırlayıb.
Bu barədə “ArsTechnica” məlumat yayıb.
Yeni cihaz sayəsində bir smartfon batareyası beş dəqiqə ərzində sıfırdan 50 faizədək yüklənə biləcək.
Şirkətin mühəndisləri yeni standartı 4500 milliamper/saat-lıq iki elementli batareyaya sahib cihazlarda da sınaqdan keçiriblər.
“Qualcomm” mütəxəssislərinin sözlərinə görə, 100 vatt doldurulduqda, yük hər iki batareya elementləri arasında bərabər (hər biri təxminən 50 vatt) paylanır.
“Qualcomm” yeni standartın “USB Power Delivery” protokolunu dəstəklədiyini vurğulayıb, yəni bundan yalnız smartfonların deyil, həm də kompüterlərin şarjı üçün istifadə edilə bilər.
Bundan əvvəl bildirilmişdi ki, hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər. Onlar devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər və şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR