Son Xəbər: Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb, TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var,

Qarabağ İcması: “Dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”

Qarabağ İcması: “Dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”

Tarix: 29-07-2020, 18:00


Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik. Belə ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək, özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb. Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub”.
Oxu.Az-ın məlumatına görə, Dağlı Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının bəyanatında belə bildirilir.
Bəyan edilib ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır.
“Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir. O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə edib. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını alıb, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olub, o cümlədən qanunsuz məskunlaşdırma aparıb. Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib”, - deyə, bəyanatda qeyd olunub.
İcma Ermənistanın Tovuz təxribatına toxunaraq əlavə edib:
“Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR