Son Xəbər: Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür,

“Sədərək” ticarət mərkəzi açılır? - VİDEO

“Sədərək” ticarət mərkəzi açılır? - VİDEO

Tarix: 30-07-2020, 17:49


Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.

Baku TV xəbər verir ki, “Sədərək” ticarət mərkəzində artıq təmir-bərpa işlərinə də başlanılıb. Lakin mağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl  edilməsinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.

“Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:

“Bildiyiniz kimi, ölkəmizdə koronavirs pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlar virusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən “Sədərək” ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdır”.

Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır. Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR