Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Əbülfəs Qarayev “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyanın Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib

Əbülfəs Qarayev “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyanın Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib

Tarix: 28-11-2019, 13:47

Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 27-də UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.
Nazir qeyd edib ki, Komitənin Bakıda keçirilmiş 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak etmiş, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunmuş və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd edib.
Əbülfəs Qarayev Komitənin iyunun 30-da keçirilən açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd edib. O, sessiyanın yekununda Mədəni və təbii irsin qorunması üzrə Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyində ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirib.
Nazir, həmçinin Komitəyə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açıb.
İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atıb. Bildiriblər ki, Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilən sessiyasında iştirak mümkün olmayıb. Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESKO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESKO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycan nümayəndə heyəti, həmçinin UNESKO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətin verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev həmçinin UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə görüşüb. Sabiq baş direktor UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR