Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Arif Quliyev də orduya yazıldı

Arif Quliyev də orduya yazıldı

Tarix: 1-08-2020, 11:37


Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Bu barədə Kult.az-a açıqlamasında xalq artistinin özü deyib. O bildirib ki, bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdan keçib:
"Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir".
Xalq artisti koronavirus pandemiyası bitdikdən sonra 70 illik yubileyindən də danışıb:
“Pandemiya bitəndən sonra - oktyabr ayında yubileyimin keçirilməsi nəzərdə tutulub. Bu haqda indiyə kimi heç yerə müraciət etməmişəm. Dövlətimiz sağ olsun, bu vaxta qədər ən ali mükafatlarla təltif olunmuşam. Həmişə diqqətdə saxlayıblar".
Arif Quliyev Özbəkistandan film təklifi aldığını da bildirib:
“Pandemiyanın bitməsini gözləyirik. Özbəkistandakı çəkilişlər koronavirusa görə təxirə düşmüşdü. Həmin filmdə Tariyel Qasımovla birgə çəkiləcəyik. Hələ ki, gözləyirik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR