Son Xəbər: Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb,

Büdcəyə dəyişiklik edilir: 30 milyard…

Büdcəyə dəyişiklik edilir: 30 milyard…

Tarix: 1-08-2020, 12:43

Azərbaycanın 2020-ci il icmal büdcəsi ilə bağlı proqnozlara dəyişiklik edilir.

Mediabiz.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.
İcmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirlərini, xərclərini funksional, iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.
2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində təsdiqlənib.
Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən keçiriləcək növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR